Messenger Bot: Yeni Renesans

Sosial media menecerlərini, xüsusilə Facebook səhifə idarə edicilərinin müştərilərlə ünsiyətə keçdikləri zaman onları ən çox bezdirən əminəm ki


Messenger Bot: Yeni Renesans

Messenger Bot: Yeni Renesans

Sosial media menecerlərini, xüsusilə Facebook səhifə idarə edicilərinin müştərilərlə ünsiyətə keçdikləri zaman onları ən çox bezdirən əminəm ki, hər dəfə eyni sualı cavablandırmaları olur. Və biliriəm ki, hər kəs bunu cavablandırmaq arzsunda olub: “Görəsən bu suallarə avtomatik cavablandırmaq olacaq?” Sualı cavablandırmadan əvvəl qeyd edim ki, artıq dünya əvvəlkindən daha elm yüklüdür.İstifadəçi təcrübəsi olduqca əhəmiyyətlidir.Hər şey artıq daha real olur. Real təcrübə yaşayırsınız. Hər bir müştərinizə fərdi olaraq yanaşdığınız təqdirdə siz artıq qazanmısınız deməkdir. Zarafat deyil, Stiven Spilberg virtual reallıq filmi çəkəcək. Və ya “The Conjuring” filminin 2-ci fraqmentinin 360 dərəcə video olması… Əslində Facebook‘dan əvvəl Telegram, Microsoft, Kit də Bot’dan istifadə edib. Bot qısaca internetdə verilən əmrləri yerinə yetirən proqramlardır. Ümumiyyətlə təkararlanan əmrləri yerinə yetirmək üçün istifadə edilir. Telegram daxilində botların inkişafı üçün 1 milyon dollarlıq dəstək proqramı yaratmışdıda. Bunlardan Chatbox isə ünsiyyət platformalarında istifadə olunan botdu. Məqsədi isə bizimlə söhbət etmək, suallarımızı cavablandırmaq, lazım gələrsə müəyyən mövzularda məlumatlandırmaqdır. Maraqlı bir nümunə ilə sizə bunu göstərim. Beko “MacCann İstanbul” ilə birlikdə “Futbol”adında bir bot yaratdı. Botla danışmağa başladığınızda menuysunu və hansı sualları cavablayacağınız sizlərə bildirir. Zukeberq F8 konfransıda bildirmişdi ki, süni intellekt artıq insan danışıqlarını analiz edib başa düşəcək səviyyəyə gəlib çatıb. Və siz qarşınızda müştəri təmsilçisi varmış kimi yazışa bilərsiniz. Hətta API sayəsində sadəcə yazmaqla qalmayıb suallarınızı cavablandırmaq üçün link, video, şəkil göndərə bilərlər. Yaxın zamanda Whatsapp’da da biz bunu görə bilərik. Əslində bu müştəri xidmətlərinin , “call center”lərin sonu ola bilər. Şirkətlər faydasını gördükdən sonra istifadəçilərə daha çox görünmək naminə botlardan faydalanmaq üçün əllərini sevə-sevə ciblərinə salacaqlardır. Facebook F8 konfransında Botları təqdim etdi. Aylıq 900 milyon aktiv istifadəçisi olan Messenger için yaradılan bu “Chatbox”lar ilə onlayn alış-veriş, xəbər trafiki, şirkətlərin müştəri münsibətlərinə qədər hər bir vərdişimizi (müştəri təcrübəsi) dəyişdirəcəkdir. “Bots for Messneger” platforması ilə siz Messenger vasitəsilə sadə dostlarınızla söhbət etməklə kifayətləməyib, internetdə bir çox əməliyyatı bu ani mesajlaşma platforması vasitəsilə edə biləcəksiniz. Suallarınızı süni intellekt cavablandıracaq. Hava şəratiti, trafiq, e-ticarət saytlarında etdiyiniz alış-veriş zamanı gələn “notification”Messenger’də  qarşınızda hər hansı bir şəxs olmadan avtomatiq olaraq Bot’lar tərəfindən cavablandırılacaq. SMS və ya e-mail “notificationların” yerini bot’lar alacaq. İlk olaraq İngilis  dilində xidmətə açılan Botlar’ın  ilk istifadəçiləri arasında CNN, HP, DisneyeBay və s. yer alır. Misal olaraq, CNN’ə “Headlines” yazıb yöndərdiyinizdə, o günə olan aktual xəbər başlıqların sizlə bölüşəcək.  Və ya 1-800-Flowers ilə yazışaraq gül sifariş edə bilərsiniz. Sadə bot yaratmaq istəsəniz  Chatfuel’dan istifadə edə bilərsiniz. Amma bəzən her şey yolunda getməyə bilər. Bot’lar  aləmi bir-birinə də qata bilər. Belə halların olmaması və trendlərin öz brendizdə tətbiqini uğurlu etmək istəyirsinizsə digital agentliklərlər işləməyiniz MƏSLƏHƏTDÜ. Müşfiq Şirəliyev

Mənbə  edumap.az